Rəqsanəyə cadu etdilər: "Mismarlar kuklamın başının içinə qoyulub zəncirlə... " - QIZI AYSUN AÇIQLADI

Rəqsanəyə cadu etdilər: "Mismarlar kuklamın başının içinə qoyulub zəncirlə... " - QIZI AYSUN AÇIQLADI

""Göz, nəfs, cadu, belə şeylərə inanırsanmı? Ümumiyyətlə, bu kimi şeylərdən necə qorunursan?"" sualına məşhur ifaçı Rəqsanə İsmayılovanın qızı Aysun cavab verib. Xəbərçi.az-a səmimi müsahibə verən Aysun öncə Allaha inandığını bildirib: 

"Öncə Allaha inanıram. Rəbbim həm məni, həm ailəmi hər zaman qoruyur. Amma caduya da inanıram. Fala isə düzü inanmıram.  Çünki falçılar nəsə bilsəydilər, özlərinə gün ağlayardılar. Amma cadu var, şəxsən illər əvvəl anama  cadu olunmuşdu. Gözümün qabağında anam əriyib, yox olurdu. Evin ikinci mərtəbəsində anamın paltarları olan otaqdan cadu tapdıq.Üstünə Aysun, Yağmur, Rəqsanə və nənəmin adı Adilə yazılan mismarlar, kuklamın başının içinə qoyulub zəncirlə bağlanmışdı. O mismarlar çürüyüb paslaşdıqca hər dəfə bizə də nəsə olurdu. Cadu çamadanın cibindən tapılmışdı. Gözə, nəfsə də inanıram. Məsələn, bir məclisə və ya yaxın birinin ad gününə gedirəm, bəzənib-düzənib getmişəm, hər şey yaxşıdır, ordan qayıdan kimi mənə nəsə olur. Ya ürəyim sıxılır, ya başım fırlanır, elə olur özümdən gedirəm. Üzərlik yandıran kimi özümə gəlirəm və rahatlaşıram. Nə bilim Allah mərdiməzara lənət etsin. Mən hər zaman anamın, nənəmin mənə öyrətdiyi "Quran"da olan duaları oxuyuram  və hər şey yaxşı olur. Şükür Allaha ..."".

Tezliklə Aysunun geniş müsahibəsini eksklüziv olaraq xəbərçi.az saytından oxuyacaqsınız. 


loading...