Dekabrın 21-də Azərbaycan Respublikası ilə Qazaxıstan respublikaları arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş konsert keçirlib.
Xəbərçi.az bildirir ki, Qazaxıstanın Atrau şəhərində keçirilən tədbirin təşkilatçılığını Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu və Atrau vilayət hakimliyi yerinə yetirib. Konsertin Azərbaycandan təşkilatçısı tanınmış prodüser Tarix Əliyev (Tolik) olub.
Konsertdə xalq artisti Brilliant Dadaşova, əməkdar artist Elnarə Abdullayeva, ifaçılar Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Sevil Sevinc bacıları və başqaları iştirak ediblər.
Konsertdə iştirak edən azərbaycanlı məşhurların hər biri fəxri fərmanla mükafatlandırılıblar.