Aparıcı Zaur qəzaya düşdü: "Qışqırdım ki, ölürük"

Aparıcı Zaur qəzaya düşdü: "Qışqırdım ki, ölürük"

Xəzər Televiziyasının aparıcısı Zaur Kamal ölümdən dönüb.

Xəbərçi.az bildirir ki, yenicag.az-a açıqlama verən aparıcı bu günlərdə qəzadan qurtulduğunu deyib:

“Bizi Allah saxladı. Şəmkirə elçiliyə getmişdik. Qayıdanbaş gecəyə düşdük. Bir də gördük ki, maşınımız qarşıdan gələn avtomobilə doğru gedir. Baxdım ki, sürücümüz yatıb. Qışqırdım ki, öləcəyik, ayıl… Onu oyatmasaydım, indi həyatda yox idim”.

Zaur baş verənləri göz-nəzərlə əlaqələndirir:

“Gözdən-nəzərdən çox qorxuram. Bilirəm ki, neqativ enerji var və təsirini də hiss edirəm. O qədər olub ki, efirdə canlı yayım gedə-gedə aparat partlayıb yanıb, mikrafon yerə düşüb, işıqlar sönüb. Elə öz başıma da az iş gəlməyib”.


loading...