Tunay ona söz atdı: "Ay qoyun, küçə qızı ..."

Tunay ona söz atdı: "Ay qoyun, küçə qızı ..."

Aktrisa Tunay Əliyeva sosial şəbəkədəki paylaşımı ilə yenidən diqqət cəlb edib. Xəbərçi.az məlumat verir ki, Tunay Əliyeva ad çəkməsə də həmkarına sərt ismarış ötürüb:

"Mənə deyirlər ki, küçə qızı sənin haqqında yazdığı bütün yazıları səhifəsindən silib. Nə oldu? Güvəndiyin dağlara qar yağdı?! Sən axı xod gedirdin. İstədiyin adamı ailəndə eşitdiyin sözlərlə təhqir edib, burada mənəm Bağdadda kor xəlifə deyirdin axı ... Biz Mark qardaşa ( Mark Zuckerberg nəzərdə tutulur - red ) məktub göndərmişik ay qoyun ! Rəsmi sənəd almışıq. Paylaşımlarını neçə min insan bəyənib, hər paylaşımında kimlər məni təhqir edib ... Ay qoyun sən elə bilirdin mən sənin üçün əl çatanam ?! Bütün ətrafımın sənə yazığı gəlir, həyatının səhvini etdin".   Xatırladaq ki, bir müddət əvvəl hər iki aktirisa bir-birini təhqir edib və hal-hazırda hər ikisi bir-birindən şikayətçidir və hüquq mühafizə orqanlarına müraciət ediblər.   
loading...