Bu gün tanınmış müğənni Yaşar Cəlilov üçün özəl gündür.
Xəbərçi.az məlumat verir ki, bu gün ifaçının 28 yaşı tamam olur. İfaçıya ilk özəl doğum günü təbriki anası tərəfindən gəlib. Həmçinin, doğmaları, dostları və prodüseri aparıcı Vüsalə Kərimova da müğənnini təbrik ediblər. Amma Y.Cəlilov bu gün toy idarə etdiyi üçün doğum gününü təmtəraqlı şəkildə qeyd etməyib.
İfaçı Xəbərçi.az-a açıqlamasında onu özəl günündə təbrik edən bütün dostlarına təşəkkür etdiyini və çoxsaylı dəyərli hədiyyələr aldığını bildirib.