Axşam.az-ın 5 yaşı oldu

Axşam.az-ın 5 yaşı oldu

Bu gün Axşam.az portalının fəaliyyətə başlamasından 5 il ötür.

"5 Media" şirkətinə məxsus olan Axşam.az bu müddət ərzində ölkənin ən populyar saytlarından birinə çevrilib.

Portal ölkədə və dünyada baş verən maqazin, dəb, incəsənət və mədəniyyətlə bağlı son xəbərləri işıqlandırır, tanınmış insanlarla müsahibələr yayımlayır.

Geridə qalan illər ərzində sayt xeyli sayda ziyarətçi kütləsinə yiyələnə bilib. Portal hazırda ölkənin ən çox oxunan internet resursları sırasındadır.

Xəbərçi.az axşam.az kollektivini təbrik edir, uğurlar arzu edir !


loading...