Bu gün Türkiyənin evlilik verilişində iştirak edən Naz Mila “Lider” kanalında səhər verilişinə dəvət olunub. Telekanalın rəhbəri Ədalət Əliyev məsələdən xəbər tutub, dərhal Nazın verilişi yarımçıq tərk etməsini tapşırıb.
Xəbərçi.az bildirir ki, aktrisa Tunay Əliyeva bütün bu olanlara belə münasibət bildirib:
“Lider” televiziyasının rəhbəri Ədalət Əliyev Türkiyə Cümhuriyyətində Azərbaycan kişilərini alçaldan və təhqir edən bir qadını efirdən qovub. Mən bütün televiziya rəhbərlərinə, bütün internet xəbər saytlarının rəhbərlərinə və Azərbaycanda film, serial, reklam çəkən rejissorlara bu barədə bir sual verəcəm, mətnin üzərində işləyirəm. Bu, artıq siyasi məsələdir. Bunun nə qədər ciddi məsələ olduğunu çoxları hələ dərk etməyib. Səbəb olaraq, “küçə qadınıdır” deyib keçirlər. Amma yox, bu küçə qadını özünü Azərbaycanın aktrisası kimi təqdim edib axı... Uzun sözün qısası, sizə bu hadisədən sonra ünvanlanacaq sualım qalmadı. Sadəcə alqışlayıram. Amma bu hərəkətinizə təəccüblənmirəm. Çünki bir il rəhbərlik etdiyiniz televiziyada çalışmışam, necə Vətəninə, millətinə bağlı biri olduğunuzu bilirəm. Var olun! Ümid edirəm, yuxarıda qeyd etdiyim işlərlə məşğul olan Azərbaycan kişiləri də bu göstərdiyiniz comərdliyi özünə dərs edər".
Xatırladaq ki, Tunay Əliyeva bir müddət əvvəl aktrisa Pərvin Abıyevanı təhqir və tənqid etmişdi. Çünki P. Abıyeva Türkiyədə müsahibəsi zamanı "Rafet çox romantik, səmimi insandır. O Azərbaycan kişiləri kimi deyil. Azərbaycanlı kişilər kobud, bir az da köhnə fikirlidirlər. Türk kişiləri kimi romantik deyillər" kimi cümlələrlə fikrini bildirmişdi.