Mustafa Ceceli 5 minə dayə tutdu

Mustafa Ceceli 5 minə dayə tutdu

Türkiyəli müğənni Mustafa Cecelinin filippinli dayə tutması həyat yoldaşı Selin İmerin hamilə olması xəbərini yenidən gündəmə gətirib.Xəbərçi.az bildirir ki, İmerin 4 həftəlik hamilə olduğu deyilir. İkinci dəfə ata olacağını öyrənən Mustafa körpəsi üçün indidən hazırlıqlara başlayıb.O, filippinli dayəyə 5 min lirə (təxminən 2500 manat) maaş verəcək.

 Qeyd edək ki, bir qədər əvvəl ceceli ilə xanımı uşaqlarının olacağı xəbərini inkar etmişdilər.
 Xatırladaq ki, Mustafa Ceceli 9 illik həyat yoldaşı Sinem Gedikdən boşandıqdan sonra Selin İmerlə ailə qurub. Müğənninin əvvəlki nikahından bir oğlu var.


loading...