Azərbaycanlı müğənni xeyli vaxtdır efirə çıxmamasının səbəbini açıqlayıb

Azərbaycanlı müğənni xeyli vaxtdır efirə çıxmamasının səbəbini açıqlayıb

Azərbaycanlı müğənni İlqar Xəyal xeyli vaxtdır efirə çıxmamasının səbəbini açıqlayıb. "APA TV"nin "Show time" verilişinə qonaq olan ifaçı bildirib ki, verilişlərdə ona xoş olmayan suallar ünvanlanır: "Çox gəzən çox bilər deyiblər. Dünyagörüşü, təhsil bizim həyatımızın mahiyyətidir. Konkret gileylənmək istəmirəm. Amma bəzi verilişlərin aparıcılarının səviyyələri məni qane etmir. Hər dəfə verilişə gələndə bir problemlə üzləşirəm. Bir dəfə adımı, bir dəfə soyadımı düz demirlər. Kimləsə səhv salırlar, fəaliyyətimi düzgün qeyd etmirlər. Cibimdəki pul kisəmdə olan pulları yoxlayırlar. Şəxsi həyata müdaxilə edəcək suallar verirlər. Bir sözlə, ağlamağa, ağlatmağa çalışırlar. Buna görə də efirə getmirəm. Nə müsahibə, nə də efirə çıxmıram". Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da Yalçın Uğurun təqdimatında yayımlanır.
 


loading...