"Maşın şou" nu tərk edən tanınmış müğənni Vüqar Muradov oyunu tərk etdikdən sonra xeyli yatıb, dincəlib. Cəmi bir günlük iştirakçı olan ifaçı təəssüratlarını Xəbərçi.az - la bölüşüb:
"Səhərdən xeyli jurnalistlər zəng edib, bu barədə məlumat almaq istəyirlər. Amma mən heç bir pis şey görmədim ki, nəsə də deyim. Oyun idi, nə yaxşı ki, belə oldu. Çünki orada hələ çox biabırçılıqlar, davalar olacaq".
"Bəs Mehriban Xanlarova sizi boşboğzalıqda ittiham edib, oyundan çıxartdı. Buna nə deyərsiniz" sualına V. Muradov belə cavab verib:
"Heç kimin başı üçün deyil mənə boşboğaz desin. Amma Mehriban xanım elə söz işlətmədi. Sadəcə dedi guya mənə deyib, sənə əl vurmayacağam. Əsla belə bir şey olmayıb ! Mehriban xanım mənə və Talıb Taleyə deməmişdi ki, sizi çıxartmayacağam. Qalan hər kəs bilirdi ki, hədəf onlar deyil və ona görə də səssiz dayandılar".
"Favoritlərin kimdir" sualına cavab olaraq ifaçı bildirib ki, oyunda sona 3 iştirakçının qalmasını arzulayır: "Müğənni Talıb Tale, aparıcı Zema, aktyor İlkin Misgərlinin finala qalıb, üçündən birinin maşına sahib olmasını istəyərdim".
ƏFRUZƏ AĞAYEVA