Roza məhkəmədə 100 min istədi, amma BİG.AZ ARZUSUNU ÜRƏYİNDƏ QOYDU

Roza məhkəmədə 100 min istədi, amma BİG.AZ ARZUSUNU ÜRƏYİNDƏ QOYDU

Tanınmış müğənni Roza Zərgərli "Roza Zərgərlinin məşuqu bu icra baçısının kürəkəni imiş" başlıqlı yazını yayımlayan saytları məhkəməyə verib.   

Xəbərçi.az bildirir ki, Roza Zərgərli big.az saytına qarşı iddia qaldıraraq 100000 manat məbləğində mənəvi zərərin ödəniləsini məhkəmədən xahiş edib.

Yazının mənbəyinin başqa sayt olmasına baxmayaraq müğənni məhz və yalnızca big.az saytını cavabdeh qismində iddia ərizsəində qeyd edib. Təxminən 3 aya yaxındır davam edən məhkəmə prosesindən sonra Roza Zərgərlinin iddiası rədd edilib. Bu barədə məlumatı xeber.news-a sözügedən saytın vəkili Əlibaba Əliyev məlumat verib. O, qeyd edib ki, yekun olaraq qətnamə qəbul edilib və Roza Zərgərlinin iddiası rədd edilib:   

"Roza Zərgərli 2017-ci ilin oktyabr ayında şərəf və ləyaqətinin alçaldılması ilə əlaqədar təkzibin verilməsi, üzr istənilməsi və 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi iddiası ilə məhkəməyə müraciət edib.   

İş üzrə əsas məqam ondan ibarət idi ki, xəbəri ilkin yayan kütləvi informasiya vasitəsi big.az saytı deyildi. Big.az həmin xəbəri ilkin mənbə olan sayta istinad verməklə və eyni məzmundə  yayımlayıb. Lakin buna baxmayaraq Roza Zərgərli yalnız big.az-ın rəhbərinə qarşı iddia qaldırmışdı. Cavabdeh olaraq məhkəmədə KİV haqqında qanunvericiliyin məsuliyyətin istisna edilməsi ilə bağlı müddəalarına istinad edərək məlumatı ilkin yayanın big.az olmamasına görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdik. Buna müvafiq olaraq, big.az saytından əvvəl eyni məzmunda başqa saytlarda çıxan yazılara dair sübutları məkəməyə təqdim etdik”. Hüquqşünas Əlibaba Əliyev sonda qeyd edib ki, "məhkəmə çıxışları dinlənildikdən sonra 13 dekabr 2017-ci il tarixdə hakim Ramin Quliyevin sədrliyi keçən məhkəmə prosesi yekunlaşdı və qarşı tərəfin iddiasının tam şəkildə rədd olunması barədə qətnamə qəbul edildi."


loading...