"Həcinin ayağını da yuyuram, corabını da geyindirirəm" - Şəbnəm həyat yoldaşından danışdı

"Onun corabını 5 ildir mən geyindirirəm..."
"Həcinin ayağını da yuyuram, corabını da geyindirirəm" - Şəbnəm həyat yoldaşından danışdı

Tanınmış müğənni Şəbnəm Əsədova evdə olan zaman müğənni olduğunu unutduğunu bildirib. İfaçı xanım Xəbərçi.az-a açıqlama verib və suallarımızı cavablayıb. İfaçı 5 ildir ki, ailəli olduğunu bildirib və həyat yoldaşı Həcinin hər istədiyini  sevə-sevə etdiyini açıqlayıb:

"Vallah mənim qohumlarım da bilir ki, mən evə girəndə ifaçı olduğumu unuduram. Həci mənim həyat yoldaşımdır. Toyda oxuyub, yorğun olsam belə onun ayağını da yumuşam, ovxalamışam da ... Onun corabını 5 ildir mən geyindirirəm. İcazə vermərəm mən evdə ola-ola o əyilib, corabını geyinsin. Onu da ona mən öyrətmişəm. Həci mənə həyatı boyu deməz ki, gəl corabımı geyindir. Əgər evdə olmasam, o zaman özü geyinər. Allah şahiddir ki, mən ailəm üçün nə isə edirəmsə, bunu sevə-sevə edirəm. Qadın ərinə qulluq etməlidir, bu İslamda da var". 

P.S Tezliklə Ş. Əsədova ilə çox maraqlı müsahibəni xəbərçi.az-dan oxuayacaqsınız. 


loading...