Rusiyada yaşayan məşhur müğənni, bəstəkar Emin Ağalarovun ad günü olub.
Xəbərçi.az məlumat verir ki, sənətçi 38 yaşını "Crocus City Hall"da konsert verərək keçirib. Gecədə sənətçinin sevgilisi model Alyona Qavrilova da onu tək qoymayıb. Sosial şəbəkələrdə Eminlə sevgilisinin səmimi şəkilləri paylaşılıb. Həmin şəkillərdən birinin rəy bölməsinə müğənni Nadir Qafarzadə belə qeyd edib:
"O boyda 2 gül balan olsun, ailəni dağıdıb eşqə düşəsən. Belə insanlara ailə lazım deyil və ailə qədri bilməzlər. Bilsəydi, elə xanımının qədrini bilərdi. Etdiyi hərəkətləri də gizli saxlayardı ki, cəmiyyət görməsin".