Efirdə həmkarı Damlaya evlilik təklif etdi: “İlin toyu ola bilər” - VİDEO

Efirdə həmkarı Damlaya evlilik təklif etdi: “İlin toyu ola bilər” - VİDEO

ARB TV-nin "Səhər-səhər” proqramının növbəti qonağı, uzun müddətdir adları qalmaqalda hallanan iki gənc müğənni Damla və Elnar Xəlilov olub.  

Xəbərçi.az məlumat verir ki, uzun zaman sonra bir araya gələn cütlük duet oxumaqla kifayətlənməyib, həm də maraqlı etiraflar ediblər.  

Belə ki, aparıcı Elgiz, Elnara "Sənin boşanma xəbərin məni çox sarsıtdı. İkinci dəfə ailə qurmağa hazırlaşırsan?” sualı ilə müraciət edib. Müğənni isə cavabında namizəd olmadığını, olarsa, evlənə biləcəyini deyib. Mövzunu davam etdirən Elgiz Əkbər, elə bu cavabı gözləyirmiş kimi "Damla ilə duet oxuyursunuz, neçə illərdir birlikdəsiz. Niyə də olmasın?” söyləyib. 

Aparıcının bu sualını hər iki sənətçi olduqca müsbət qarşılayıb.. Damla "Niyə də yox?”, Elnar isə "3-cü duet gəlsə, görürəm ki, ona doğru gedirik" cavabını verib.  

Həmin görüntüləri təqdim edirik:


loading...