ATV-nin məşhur aparıcısının ailəsində ağır itki

ATV-nin məşhur aparıcısının ailəsində ağır itki

Atv telekanalının məhşur aparıcısı Murad Əzimzadənin ailəsində ağır itki baş verib.
Xəbərçi.az bildirir ki, tanınmış aparıcı babasını itirib. O bu haqda özü məlumat verib:

“Adımı Maradona qoymuşdu. Dizində böyümüşdüm. Atamın atası idi, elə mənə də atalıq etmişdi. Oğulluq edə bildiyimi deyə bilmərəm. Ancaq onu atamdan çox sevmişəm. Dost, qardaş kimi idik. O da ailənin tək oğlu idi...Təkliyimiz idi bizi bir-birimizə birləşdirən. 
Bu həftəsonu Gəncəyə yanına gedəcəkdim, görüşəcəkdim. Amma indi dəfn etməyə, son dəfə sağollaşmağa gedirəm. Babamdan çox ata olanımı itirdim. Doğmalarımızı hansı yaşda itirməyimizdən asılı olmayaraq, yandırır, ağrıdır, məhv edir. Tanrı bütün ölənlərə rəhmət eləsin”.

ANS-in məşhur aparıcısı bu itki ilə SARSILDI: "Görüşməyə gedəcəkdim, dəfninə gedirəm..." - FOTO

 
loading...