Pişik Günelin verilişdən çıxarılma xəbərinə CAVAB

Pişik Günelin verilişdən çıxarılma xəbərinə CAVAB

Pişik Günelin ARB telekanalından çıxarılması ilə bağlı xəbər vermişdik. Xəbərçi.az - a verilişin redaktoru Həmzə Məmmədlinin verdiyi açıqlamaya görə, Pişik Günellə müqaviləyə hələ xitam verilməyib: " Günel Ələkbərova hələ verilişdə aparıcı olaraq qalır. Onunla müqaviləyə son verilməyib. Düzdür Pişik Güneldən əvvəl Sevda Sanalıyeva da seçilmişlər sırasında olub. Necə ki, Səidə Sultan, Afaq Aslan, Roza Zərgərli və b. Amma sonda rəhbərliyin seçimi ilə Pişik Günelin bu verilişə aparıcı olması təsdiqlənib. Artıq 4-5 veriliş çəkilib, çünki Günel xanım məşhur yarışmaların birində aparıcılıq edir." Xatırladaq ki, qarşı tərəfin mövqeyi olaraq biz "Yeməyə nə var" verilişin redaktoru Həmzə Məmmədlinin fikirlərini sizə çatdırdıq. Ancaq əldə etdiyimiz məlumata görə Günel Ələkbərova ilə çəkilən bir neçə verilişdən sonra aparıcı xanımı başqa biri əvəz edəcək. Xəbərin doğruluğunu isə yalnız zaman sübut edəcək.


loading...