Tanınmış meyxanaçı mahnısını oğurlayan özbək ifaçısını yerində oturtdu: "AZƏRBAYCANINDIR, PUL İSTƏMİRƏM" - VİDEO

Tanınmış meyxanaçı mahnısını oğurlayan özbək ifaçısını yerində oturtdu: "AZƏRBAYCANINDIR, PUL İSTƏMİRƏM" - VİDEO

Tanınmış meyxanaçı Tərlan Novxanının başına iş gəlib. Xəbərçi.az məlumat verir ki, özbək müğənnisi Uluqbek Rahmatullayev meyxanaçının "O gözəl yar" mahnısını icazəsiz ifa edib və anonim qeyd edib. Bundan xəbər  tutan meyxanaçı yaman qəzəblənib və sosial şəbəkədə  Uluqbek Rahmatullayevi tapıb və ona iradını bildirib. Özbəkistan ifaçısı müəllif hüquqları pozulmuş  meyxanaçını əvvəlcə pul ilə ələ almağa çalışsa da, məsələnin sonu sülhlə bitib. Təfərrüatları Tərlan Novxanı bizimlə bölüşüb:

"Bəli belə bir hadisə olub. Deməli bu il dostum Qazaxıstandan gəlmişdi. Mən başıma gələn hadisə barədə ona söhbət əsnasında məlumat verdim. Dostum dedi ki, sən narahat olma, mən onu instaqramda taparam, sənə onun nə məlumatı lazımdırsa, götürərik. U. Rahmatullayevi sosial şəbəkə vasitəsilə tapdıq, etirazımı ona yazdım. Bildirdim ki, mənim mahnımı ifa edib və anonim qeyd edib. Müəllif hüquqlarımı əsaslı şəkildə ona sübut etdim. Düzü gözləmirdim ki, mənə cavab yazar. Çünki baxdım ki, bunun səhifəsi böyükdür, Özbəkistanda tanınmış bir ifaçıdır. Düşündüm ki, heç mənə cavab yazmayacaq. Amma əksinə oldu, o mənə dedi ki, əslində mən səni axtarmışam, hətta bildirdi ki, şəxsən mən bu yay Azərbaycanda olmuşam və sənin haqqında maraqlanmışam. Amma ona kimsə deyib ki, həmin mahnını oxuyan meyxanaçı ölüb. Müxtəsər biz danışdıq, sonda isə dostlaşdıq. O mənə pul təklif etdi, dedim istəmirəm. Sən Azərbaycan musiqisini, Azərbaycan meyxanasını ifa etmisən, zəhmət olmasa ölkəmin və öz adımı çək. Razı oldu, səhvini anladı. Dedi o zaman müəllif hüquqlarını pozmuşam səni Özbəkistana dəvət edirəm, konsertim zamanı bu mahnını birgə duet ifa edək.  Mən də razılaşdım. Elə də oldu. 6 gün Özbəkistanda konsert verdi, 6 gün də məni qonaq etdi və konsertdə də birgə “O gözəl yar” mahnımı oxuduq. Hər şey üçün təşəkkür etdim, konsert bitdikdən sonra isə qürurla Vətənimə qayıtdım. Bu barədə də məlumatı sosial şəbəkədə qeyd etdim ki, bizim ifaçılar, meyxanaçılar öz müəllif hüquqlarını hər zaman qorusun və əsla mahnılarımıza anonim yazılmasını qəbul etməsinlər”.

 

 

 


loading...