Azərbaycanlı gənc müsəlmanları təhqir etdi - VİDEO

Azərbaycanlı gənc müsəlmanları təhqir etdi - VİDEO

Rusiyanın “THT” kanalında yayımlanan “Açıq mikrofon” yarışmasına Ruslan Həsənov adlı iştirakçı qatılıb. Verilişin qaydalarına görə, iştirakçı ona verilən müəyyən vaxt ərzində studiyada əyləşən münsifləri və tamaşaçıları güldürməyi bacarmalıdır.

Xəbərçi.az bildirir ki, R.Həsənov atasının üzərində qurduğu monoloqla bir neçə dəqiqəlik çıxışı ərzində azərbaycanlıları, ümumiyyətlə, müsəlmanları təhqir edib. “Mənim qeyri-adi ailəm var. Atam azərbaycanlı, anam isə rusdur. Məni atamdan gizli xaç suyuna çəkiblər. Çünki o, müsəlmandır. Həmişə onunla gəzmək mənim üçün qorxulu olub.

Bir çox qızlar xarici vətəndaşlara ərə gedirlər ki, onların övladları gözəl olsun. Mənim anam azərbaycanlıya ərə gedib və mən doğulmuşam. Bu, nə sifətdir belə? Mister Binə, “erməni gənci”nə oxşayıram.

Atama görə mənim çox “maraqlı uşaqlığım” olub. Təkcə azərbaycanlı olduğuna görə deyil, həm də narkoman olduğuna görə” deyə, gənc bildirib.


loading...