Bir müddət öncə müğənni Natavan Həbibi ilə reper Səid Əliyevin (Dado) boşanma xəbəri gündəmə bomba kimi düşdü.
Xəbərçi.az bildirir ki, Dado yenidən bu haqda açıqlama vermək qərarına gəlib və rəsmi "İnstaqram" səhifəsində bunları yazıb:
"Bu gündən sonra bütün söhbətlərə son! Natavan xanımı mən məcbur elədim ki, boşanmağımız barədə açıqlama versin. O, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəblərimizə hakim ola bilmədik. Mən açıqlama ilə bağlı onu məcbur edərkən instaqramda yazacağına inanmadım. Mənim ucbatımdan oldu.
Ümid edirəm ki, biz nə vaxtsa barışacağıq. Barışmasaq belə o demək deyil ki, kimsə gözünü yumub ağzına gələni danışa bilər. Yenə icazə vermərəm. Bizi istəyənlər, istəməyənlər, sağ olun. Gözümüzü bir az da açdınız. Dostumuzun kim, düşmənimizin kim olduğunu aydın görə bildik. Hazırda ailəmizi qorumaq üçün əlimizdən gələni edirik. Bir-birimizdən uzaq olsaq belə. Qalan boş söhbətlərə, hansısa tanımayanların sözünə əsla inanmayın.
Mən kişiyəm. Pula satılan məxluqların söhbəti ancaq bizi güldürə bilər. Saxta evlilik, alınan bəy, kiminsə acığına edilən toy və s. Kino kimi... Sadəcə heyif ki, indi ailəmlə oturub bunlara gülə bilmirik. Həmin şeyləri danışan, "özlərini reklam edirlər” deyənlərin başına belə hadisə gəlsə, biz "əcəb oldu” demərik. "Həyatdır, Allahın qismətidir” deyib xoşbəxtlik arzu edərdik.
Hər şeyin sonu olduğu kimi mənim də səbrimin sonu var. Ağıllı olun, mövzu bağlandı. İmkan verin problemimizi həll edək. Gündə bir söz çıxartmayın. Bir dəfə dedik, bitdi. Sizin yaratdığınız söz-söhbət aramızda əlavə problem yaratmır. Boşansaq biləcəksiniz. Sizin yaratdığınız söz-söhbət aramızda əlavə problem yaratmır. Çünki biz bir-birimizi yaxşı tanıyırıq. Sadəcə doğmalarımız üzülür.Biz də bunu heç istəmirik".
Xatırladaq ki, bir neçə həftə öncə Natavan Həbibi Dado ilə boşanma xəbərini rəsmi "İnstaqram" hesabında paylaşım edərək bildirmişdi.