Talıb Tale evlilikdən danışdı: "Gündə 2 qız şəkli gəlir" - VİDEO

Talıb Tale evlilikdən danışdı: "Gündə 2 qız şəkli gəlir" - VİDEO

"Konsertə hazırlaşırıq. Geniş miqyaslı konsertdir. Proqramı iki günlük planlaşdırmışıq. Ola bilər ki, üç günlük də olsun. Konsert 14-15 fevral tarixlərində Heydər Əliyev Sarayında olacaq. Ansamblla bərabər indidən hazırlıqlar gedir. Düşünürəm ki, mənim konsertim tam fərqli olacaq. Çünki artıq təcrübə də toplamışam. Bu il təxminən 20-yə yaxın konsert vermişəm”.  

Xəbərçi.az-ın məlumatına görə, bu sözləri "ARB Ulduz”un "Virtual həyat” proqramına açıqlamasında müğənni Talıb Tale deyib.  

Evlilik məsələsinə yaxın durmayan Talıb evlənəcəyi xanımla ilk öncə xasiyyət baxımdan uyğun gəlməli olduğunu dilə gətirb:  

"Evlənməyimi çoxdan deyirlər. Gərək daxildən həvəs olsun də. Bir ara gəldi o həvəs, indi o qədər iş həvəsi var ki. İstəyirəm evlilik məsələsini önə çəkim, alınmır. Digər bir tərəfdən hələ ürəyimcə olan insan da qarşıma çıxmayıb.   Əsas xarakterimiz düz gəlməlidir. Qorxuram bundan. Evlililik çox ciddi addımdır. Mənə çox çətin gəlir.  

Mənə gün ərzində qohumlardan ən az iki şəkil gəlir. Baxıb deyirəm ki, şəkillə evlilik olmur".

 


loading...