Tarzən Humay Qədimova bu gün "Hər şey daxil" verilişinin qonağı olub.
Xəbərçi.az məlumat verir ki, sənətçi efirə ağzında saqqız çeynəyə-çeynəyə daxil olub. Onun bu hərəkətinə verilişin aparıcısı Sevil-Sevinc bacıları sərt irad bildiriblər:
"Uşaq vaxtı saqqız ağzımda məktəbə gedirdimsə, müəllimi görən kimi udurdum. İndi də biz saqqızını görmüşük, deyirəm ud saqqızı. İndi, bu saat ud ki, o saqqız olmasın".
Aparıcı bacıların bu reaksiyasına Humay "Yox, yalnış" cavab verib.