Rəqqasə Fatimə Fətəliyeva “Klip+” verilişinə qonaq olub.
Xəbərçi.az məlumat verir ki, yeni imiciylə kameraların önünə keçən rəqqasə ləqəbinin niyə "Göyçək" olmasından danışıb.
“Uşaq vaxtından adım Fatimə olduğu üçün mənə evdə, məktəbdə , “göyçək” deyirdilər. Bundan da əlavə, tərifləmək kimi olmasın, uşaq vaxtı çox göyçək, ağappaq bir uşaq olduğuma görə, qara buruq-buruq saçlarıma görə, deyirdilər ki, “bu göyçək Fatiməni Allah saxlasın”. Səhnəyə ilk gələn günlərimdən də bir dəfə Nadir Qafarzadə “Göyçək Fatimə” dedi, bir dəfə Elariz Məmmədoğlu, bir dəfə Mətanət İsgəndərli. Artıq başladılar bir-biriylə mübahisə eləməyə ki, bu adı Fatiməyə birinci mən qoymuşam. Mən özüm-özümə güzgüyə baxıb demərəm ki, “mən Göyçək Fatiməyəm”. Bu mənə yaraşmaz.
Fatimə, rəqqasə Oksana Rəsulovayla münasibətlərinə də aydınlıq gətirib.