"Adamın inanmağı gəlmir" - Natavan Manafa verdiyi sözü tutmadı

"Adamın inanmağı gəlmir" - Natavan Manafa verdiyi sözü tutmadı

Manaf Ağayev müğənni Natavanın toyunda cani-dildən iştirak etsə də, Natavan onun gözünü yolda qoyaraq xeyir işə qatılmayıb.

Xəbərçi.az bildirir ki, yenicag.az-a açıqlama verən Manaf Ağayev Natavanı gözlədiyini, onu toyda görmədiyindən məyus olduğunu deyib:

“Natavanı çox istəyirəm, toyunda da iştirak etmişəm. Pul yolladı, amma çox istərdim ki, gəlib oğlumun toyunda desin-gülsün, şənlənsin. Bir həftə əvvəl Könül Kərimovanın qızının toyunda gördüm. Yoldaşı ilə gəlmişdi. Elə mehriban idilər ki, deyirdim bunlardan güclü sevən yoxdur. Durub oynadılar, dedilər-güldülər. Söz verdi ki, mütləq Elçinin toyuna gələcəm, yüksək səviyyədə iştirak edəcəm. Xəbər eşitdim ki, yoldaşından boşanır, çox pis oldum. Hər yerə qoşa gedirdilər. Elə yazılanlardan xəbər tutmuşam ki, boşanıblar. Adamın inanmağı gəlmir. Özü ilə danışmamışam”.


loading...