Təzə ailə quran müğənni Natavan Həbibi və Dada Əliyev 106.3 FM-də dj Kazımın qonaqları olublar. Xəbərçi.az bildirir ki, son zamanlar evlilik xəbərləri ilə gündəmi ələ alan cütlük səmimiyyət nümayiş etdiriblər. Belə ki, aparıcının " Bir - birinizin telefonlarını yoxlayırsınızmı" sualına cavab olaraq N. Həbibi qısqanclığını gülərək etiraf edib:
" Yaman yaralı yerimizə toxundun. Olur ... Qabaq lap tez-tez bu barədə söz- söhbətlər olurdu, amma indi bir az sakitləşmişik. Necə deyərlər, baxdıq, tapdıq, doyduq. Ancaq etiraf edim ki, hal-hazırda Səidin telefonunda votsap, instagram, facebook yoxdur".