Ötən gün xəbərçi.az-da yayımlanan "İdeal gözəlliyə sahib kanadalı model - Bakıda" adlı yazı rezonans doğurdu, oxucu marağına səbəb oldu. Ötən həftə ölkəmizi tərk edən 2 milyon İnstagram izləyicisi olan məşhur kanadalı model Khloe bu səfər barədə ətraflı məlumat verib. Belə ki, Kanada mətbuatına danışan model həkim-kosmetoloq Vəfa Cəlilovaya (@dr.vafacalilova) təşəkkür edib və nə üçün Azərbaycana gəldiyini açıqlayıb. Hər zaman azərbaycanlıların xarici ölkələrə müalicə və müayinə üçün üz tutduğunu görsək də, bu dəfə tam əksinə olub. Əslində qürur duyulası haldır ki, Azərbaycan həkimlərinə də xaricdə tələbat var. Azərbaycan hüdudlarından kənarda öz gördüyü işlər ilə adından söz etdirməyi bacaran Vəfa xanım modelin məhz hansı səbəbə görə ona müraciət etdiyini açıqlayıb:
"Əslində bunu işıqlandırmaq kimi bir niyyətim yox idi. Çünki insan peşəkardısa ona dünyanın istənilən nöqtəsindən istənilən şəxs müraciət edə bilər. Və biz pasientlərimizi ayırmırıq. Xaricdə təhsil aldığım üçün bir çox dünya məşhurları ilə tanışam. Khole ilə də sosial şəbəkədə yazışırdıq, sonda o qərara gəldi ki, Azərbaycana yanıma gəlsin. İlk dəfədir ki, bu barədə məlumat verirəm. Məşhur kanadlı modelə üz kontur pastikası ilə bağlı bir çox prosedurlar etdim. Və o bizdən çox razı qaldı, sevinərək ölkəsinə qayıtdı, hətta bu barədə Kanada mətbuatı da silsilə yazılar dərc etdilər".
Ünvan: Bünyad Sərdarov 14, İçərişəhər metrosu, Kapital Bankın binası Əlaqə nömrələri: 012-555-10-19 055-255-10-19 050-233-23-60 https://www.instagram.com/dr.vafacalilova/ https://twitter.com/drvafacalilova