Tunay Pərvinin dostlarına "ilişdi": "Evli ola-ola hansı qadınlarla nələr etdiyinizi ..."

TUNAY OD PÜSKÜRDÜ: ƏVVƏL TULA İDİM İNDİ TUNAY OLDUM?!
Tunay Pərvinin dostlarına "ilişdi": "Evli ola-ola hansı qadınlarla nələr etdiyinizi ..."

Aktrisalar Tunay Əliyeva və Pərvin Abıyeva arasında qalmaqal daha da alovlanacaq. Xəbərçi.az bildirir ki, hər iki aktrisa vəkil tutub,  məhkməyə maraciət edib.

T. Əliyeva Pərvinin tərəfini tutan məşhurlara indidən göz dağı verib:

"Sözüm Pərvindir kimdir, onun güvəndiyi tanışlarınadır.  Diqqətlə dediklərimi oxusunlar və papaqlarını qabaqlarına qoyub fikirləşsinlər. Bu qadın cinayət edib, məni təhqir edib, şərəf və ləyaqətimə toxunub, böhtan atıb. Qanun qarşısında cavab verəcək, ondan sonra isə, yəqin ki, bir ömür boyu cavab verəcək. Sizə məsləhətim bu məslədən, bu problemdən uzaq durun. İş prosesində nəyəsə müdaxilə etməyə çalışsanız, qarşınızda məni görəcəksiniz. Hər birinizi tanıyıram, nə işlə məşğul olduğunuzu bilirəm, ailənizi tanıyıram, evli ola-ola hansı qadınlarla nələr etdiyinizi, pullarınızı kimə və nəyə xərclədiyinizi, xülasə, hamısını bilirəm. Əgər çalışdığınız iş yerində, ailənizdə rüsvay olmaq istəmirsinizsə, mənim məhkəmə prosesimə burnunuzu soxmayın!  İstəmirsinizsə, sizi də bir saat içində məşhur edim, bunu etməyin. Hakimə zəng, vəkilə zəng və s. Bunu nə qədər gizlətməyə çalışsanız da , mən mütləq xəbərdar olacağam. Onu xatırladım ki, çox qəddar düşmənəm, sizə qarşıma çıxmağı məsləhət görmürəm. İmkanlarım heç də sizinkindən az deyil.  Uzaq durun, mən  bu qadına həddini və yerini göstərəcəm! Yox, əgər bir gecədə bu qadın kimi bütün Azərbaycanda məşhur olmaq istəyirsinizsə, onda, buyurun! Mən heç kimə hədə-qorxu gəlmirəm, sadəcə deyirəm ki, kimsə qanuna qarşı çıxarsa, qarşısında məni görəcək".

Xatırladaq ki, Tunay Əliyeva Pərvinə "1000 manatlıq", Pərvin Abıyeva isə qarşılığında aktrisaya  "tula, fahişə" sözlərini işlədib.

 


loading...