Müğənni Natavan Həbibi və reper Səid Əliyev (Dado) boşanır.
Xəbərçi.az məlumat verir ki, müğənni bu qərarını şəxsi instagram səhifəsində açıqlayıb və izləyicilərindən dəstək gözləyib:
"Mən bu gün də sizlərlə səmimi olacam. Mənə "səmimi deyil" deyənlər var. Amma Allah şahiddir ki, yaşadıqlarımın hamısı tam doğru və mübahisəsizdir. Və bu gün günahımı boynuma alıram! Heç səmimi deyildim son aylarda. Çünki artıq anlamışdım ki, haqlı idiniz. İndi isə nə hiss edirəm hamısını yazacam... Bəzən elə çıxılmaz, kövrək anlarım olub ki, o durumumda sizlərlə bir paylaşım edib, rəylərinizdən stimul almışam. Ya fikrimi qətiləşdirmişəm, ya əhvalımı düzəltmişəm. İndi də sizlərlə həyat məsələmi bölüşmək istəyirəm. Burada olan böyüklərimizdən, həmyaşıdlarımdan məsləhət almaq istəyirəm. Çünki sizlərin bir çoxlarının fikrinin düzgün olduğuna əmin olmuşam. Amma qulaq asmamışam vaxtında. Bu gün isə sizdən dəstək istəyirəm.. Çünki evliliyimizə son qoymaq qərarını verdim. Bunun nə qədər çətin olduğunu çox insan bilir. Bizim problemlərimizi siz bildiyinizə görə, yəqin anladınız hər şeyi.. O hissləri yaşadığımdan heç istəmərəm kimsə yaşasın. Amma təəssüflər olsun ki, bu hadisələrlə çox, son zamanlar lap çox rastlaşırıq. Siz hər şeyi görürdünüz, hərşeyi bilirdiniz, deyirdiniz də mənə öz fikirlərinizi. Dediklərinizidən, hətta bəzən çox sərt şəkildə yazdıqlarınızdan və ən əsası onların haqlı olduğunu qəbul etdiyimdən, artıq bu qərara gəldim. Əlbəttə ki, heç bir xanım həyat yolunda tək addımlamaq istəməz. Mən də istəmirəm. Yanımızda bir ömür birgə addımlayacağına inandığımız birini görmək istəyərik. Amma Allah hamıya onu qismət etmir.. Heç istəməzdim ki, bu cür halımı hiss elətdirib, sizin də əhvalınıza təsir göstərim, amma bu gün mənə sizin məsləhətiniz, dəstəyiniz lazımdır. Çox yorğunam.. Həyat bəzən insanların çiyininə elə bir yük qoyub irəliləməsini tələb edər ki, ya o yükün altında qalıb məhv olmağı seçərsən, ya azad olub irəliləməyi. İrəliləməkdə mənə dəstək olan hər kəsin o "yük"lərdən uzaq olmasını arzu edirəm.. ".