Tolik "ASAN Xidmət"ə səsləndi: "Belə tərbiyəsizləri işdən kənarlaşdırmaq üçün ..."

Tolik "ASAN Xidmət"ə səsləndi: "Belə tərbiyəsizləri işdən kənarlaşdırmaq üçün ..."

Prodüser Tarix Əliyev (Tolik) "ASAN Xidmət"dən şikayətlənib.

Xəbərçi.az bildirir ki, prodüser "ASAN Xidmət" mərkəzlərinin birində nəzakətsizliklə qarşılaşıb və bu haqda sosial şəbəkədə məlumat verib:

"Mən hər zaman "ASAN Xidmət" işçilərinin yaxşı, gülərüz və insanlara operativ xidmətlərindən yazmışam. Amma bu gün ilk dəfə olaraq "ASAN Kommunal"a getdim və hamı kimi növbəmi gözləyirdim.  Aşağıya düşdüm və qapıda bir elektron lövhə gördüm, maraqlı gəldi. Lövhədə Azərbaycan, Ulu Öndərimiz və turizm bölgələrimiz haqda məlumatlar yer alıb. Növbəm gələnə qədər məlumatlarla daha yaxından tanış olmağa başladım. Həm də telefonumun kamerasını qoşdum ki, video çəkib sizinlə paylaşam ki, necə gözəl, maarifləndirici lövhə var. Amma bir tərbiyəsiz mühafizə polisi, daha doğrusu, polis adına ləkə gətirən şəxs qarşıma keçərək dedi ki, sən burada çəkiliş eləmə. Sual verdim ki, bu qadağanı kim qoyub? Dedi ki, mən belə istəyirəm! Ona xatırlatdım ki, tanımadığı adamla vətəndaş kimi davranıb, "sən"lə yox, "siz"lə danışmalıdır. Tərbiyəsiz söz işlədərək mənə hədə-qorxu gəlməyə başladı. Gecə-gündüz Azərbaycan polisi asayişi qoruyur ki, vətəndaşlar sakit yaşasın. Amma belə tərbiyəsiz birini nə üçün polis sıralarına işə götürüblər?! Mən buradan "ASAN Xidmət" rəhbərliyinə səslənirəm ki, belə tərbiyəsizləri işdən kənarlaşdırmaq üçün lazımi orqanlara məlumat versinlər. Var olsun Azərbaycanımız!".


loading...