Manaf Ağayev: "Oğlumun toyunda hamının sənədi yoxlanılıb restorana buraxılacaq"

Manaf Ağayev: "Oğlumun toyunda hamının sənədi yoxlanılıb restorana buraxılacaq"

"Media elə başlıq qoyur ki, deyirsən, görəsən, işərisində nə var, nə demişəm ..."

Bu sözləri müğənni Manaf Ağayev "Hər şey daxil" verilişində oğlu Elçinin toyu barədə danışarkən deyib.

Xəbərçi.az məlumat verir ki, sənətçi toyun mediaya qapalı olacağını da vurğulayıb:

"Oğul toyu qız toyundan fərqli olur. Oğul atası bir az ürəkli olur. Qız gedəndə kövrək olursan, amma indi evə gəlin gətirirsən. Toy mediaya qapalı olacaq. Çünki bunu Elçin özü istəyir. Deyir, müğənni deyiləm ki, mənim toyum çəkilsin. Qapıda mühafizə olacaq.

Hamı sənədlə, şəxsiyyət vəsiqəsilə yoxlanılıb buraxılacaq. Düzdür, telefonu hər nə qədər qarşısını almağa çalışsan da, içəri keçirəcəklər, amma jurnalistlərə olmaz. Çünki media elə başlıq qoyur ki, adam qorxur, deyirsən, görəsən, içərisində nə var, nə demişəm...".  

Qeyd edək ki, M.Ağayevin oğlu Elçinin toyu dekabrın 4-də baş tutacaq.


loading...