"Böyük kimi bir daha ona əlimi uzadıram" - Ramizdən Məleykəyə barışıq mesajı

"Böyük kimi bir daha ona əlimi uzadıram" - Ramizdən Məleykəyə barışıq mesajı

"Məleykə Əsədova xalq artistidir. 50 yaşı var, bu olanlar ona yaraşmaz. Mənim isə 50 illik təcrübəm var”.  

Xəbərçi.az məlumat verir ki, bu sözləri Sputnik.az-a xalq artisti Ramiz Məlik deyib.   O, açıqlamasında bildirib ki, bu gün məhkəmənin tanışlıq prosesi keçirilib:  

"Mən getmişdim, amma o gəlməmişdi, vəkilini göndərmişdi. Amma gəlməlidir. Onu təhqir etməmişdim, məsləhət, öyüd nəsihət vermək istəmişdim. Lakin indiki zamanda heç kimə öyüd nəsihət vermək lazım deyil”.  

R.Məlikin sözlərinə görə, M.Əsədova onun yaşına hörmət etməlidir:  

"Bir dəfə ondan üzr istəyib, söhbəti bağlamışam. Amma görünür o davam etmək istəyir. Yaşlı adam, böyük kimi bir daha əlimi uzadıram. Bağlansın bu söhbət. 74 yaşım var. Belə söhbətlər mənə toxunur…”  

R.Məlik qeyd edib ki, məhkəmənin növbəti iclası ayın 19-na təyin edilib.  

Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaq alması Məleykə Əsədovanın şortu, daha doğrusu zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.  

Əsədova Məlikdən, şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.


loading...