Tanınmış türkiyəli aktyor Burak Özçivit Bakıya gəlib.
Xəbərçi.az məlumat verir ki, tanınmış aktyorun Bakıya üçüncü səfəri yeni "Mənim qardaşım - 2" ("Kardeşim Benim 2") filminin təqdimatı ilə bağlıdır.
Filmin baş rollarını B.Özçivit və Murat Boz ifa ediblər.
Qeyd edək ki, filmin qala-gecəsi noyabrın 30-da keçiriləcək.