Aparıcı Zaur: "O qız evli olduğumu bilə-bilə mənimlə görüşdü" - MÜSAHİBƏ

Aparıcı Zaur: "O qız evli olduğumu bilə-bilə mənimlə görüşdü" - MÜSAHİBƏ

Tanınmış aparıcı Zaur Kamal baku.ws saytının qonağı olub.

Xəbərçi.az həmin müsahibəni təqdim edir:

-Verilişə dəvət etdiyiniz qonaqların paxırlarını rahatlıqla açıb-tökürsünüz. Sözü də üzə deyənsiniz. Bu nədən irəli gəlir? Özünüz əvvəlcədən planlaşdırırsınız, yoxsa sonradan əmələ gəlir?

-Bunları fikirləşmək efir ərəfəsində də olur, proqram içərisində də. Sualdan sual çıxır və ya hansısa bir məsələni danışırıq, baxırıq ki, özü də imkan yaradır yeni söhbəti açmağa. Hər dəfə tamaşaçıların çoxu məni qınayır ki, niyə hər şeyi açıb deyirsən. Müğənni onu özü istəməsə, heç bir aparıcı onun gizli məqamlarını açıb söyləməz. 

-Bəzi efirlərinizdə şahidi olmuşuq ki, bir neçə müğənni onun sirrini açıb-tökdüyünüzə görə sizə irad tutub. Yoxsa, bu qurama olub?

-Pərdə arxasında olanlardan tamaşaçıların xəbəri yoxdur. Mən bunu deyirəm, çox adam bu fikirdən nəticə çıxarar. Müğənni efirə özünü o cür aparırsa, aparıcının da ona o cür münasibəti olursa, deməli, ona o imkanı yaradan müğənnidir. 


-Buna görə sizdən “qaçanlar” olur? Yəni, “Zaur mənim sirrimi açacaq, məni utandıracaq” deyənlər...

-Bizdə şoudur. Əyləndiririk. Mən həmişə demişəm ki, gələnlər şouya dəvətlidir. Kimisə burada sındırmaq fikrimiz yoxdur. Hamısı şou-əyləncə xatirinə etdiklərimizdir. Tamaşaçılara şou səpkili bir proqram təqdim edirik. Xarici şoulara baxanda bizdə götürülmə rubrikalarımız yoxdur. Xaricdə bunları qəbul edirlər, amma bizdə yox. Bizim tamaşaçımız şouya hazır deyil. Biz onları hazırlayıb təqdim etməliyik. Buna illər lazımdır. Kimə məcbur nəyisə etmək olar? Onların özü istəməsə, o mümkün deyil. Kimsə mənə desə ki, köynəyini çıxart, sənin köynəyini geyinim, ürəyim istəməsə, etmərəm. Efir vaxtı xəbərdar edirəm ki, belə bir şey var ağlımda. Məsələn, məndə bir taktika var. Müğənninin ətrafında fırlanıram. Soldan-sağdan fırlanıram görürəm buna “xod” edə bilmirəm. Çıxıram yuxarı tərəfə, düşürəm aşağı. Görürəm ki, oradan bir xod var və davam edirəm. Bir də görürəm oradan getdi, artıq müğənni də gedir və nəticə əldə edirəm. 

-Zaurun verilişi ən azı həftədə bir dəfə də olsa sosial şəbəkələrdə müzakirəyə çıxır. Tənqid də olunur, tərif də. Tənqidlərdən nəticə çıxarda bilirsiniz? Sözügedən tənqidlər sizi sıxmır?

-Hətta deyərdim ki, həftədə 1 dəfə azdı. Həftədə 3 dəfə də olur. (gülür) Tamaşaçı məni bu səpkidə görür: Zaur efirə çıxdısa, kiməsə söz atacaq, nəsə edəcək, nəsə qeyri adi bir hal yaşanacaq və s. Tamaşaçı bunu bu cür gözləyir. Bir dəfə efirlərin birində Könül Xasıyevanı dəvət etmişdim. İnstagrama şəklini qoymuşdum. Altına xoş sözlər yazırdılar. Sonra biri yazıb ki, “Zauru qınayanlar indi də başlayıb xoş sözlər yazmağa”. Yəni, Zaur bilir harada nə etmək lazımdır. Qabaqlar reaksiya verirdim ki, niyə belə yazırlar. Sonra fikirləşdim ki, nə etsəm yenə yazacaqlar.

- Zaur şəxsi həyatda da efirdəki kimidir? Müğənnilərə qarşı nümayiş etdirdiyi cəbhəni dostları və ailəsinə də tətbiq edir?

- Elə insan var ki, məni küçədə görəndə kobud qəbul edir. Amma iki kəlmə ünsiyyət qurandan sonra bildirirlər ki, mənim fikrim alt-üst oldu. Deyir ki, elə bilirdim yekəxanasan, kobudsan, özündənrazısan. Dostlar arasında da deyib-gülən, şən adamam. Qaraqabaq, hansısa bir problemimi kiməsə danışım və s belə biri deyiləm. Efirdə nə görürsünüzsə, bilin ki, mən hər şeyi adamına görə edirəm. Hərənin özünə görə bir proqramı var. Efirdə söylədiyim şeirləri bir-iki gün əvvəldən yazıram. Proqramın içində bəzən təb gəlir ki, bu fikir burada yaxşı gedər. Elə vaxt olur proqramın içində yazıram. 

-Müğənnilərdə gözünüzün götürmədiyi, əsəb olduğunuz davranışları nələr olur?

-Bəzi müğənnilər gəlib özlərini göylə aparır, amma bilirsən bu kimdir, nəçidir. Bir az səmimi ol, zarafat et, şou proqrama gəlmisən. Ekran qarşısındakı tamaşaçı məndən yaxşı bilir ki, bu kimdir, nəçidir. Bir də ayaqlarını ayaqlarının üstünə qoymaqları məni əsəbləşdirir. Efirdə çox pis görünür. Bir-ikisinə irad bildirəndə sonra artıq normal qəbul etmişdilər. 


-Keçən mövsüm Damla, Pərviz və sizin dialoqunuz sosial şəbəkələrə bomba kimi düşmüşdü. Çox geniş müzakirələr aparıldı. Tənqidlər, yumorlar, hətta “alan vurar da” ifadəsi trendə çevrildi.

- (gülür) Bizim efir 5 dəqiqə gecikməylə yayımlanır. Bu mövzu bəzi bölgələrdə bunu alan cek-potu vurdu və yaxud “bunu alan çaldı” kimi ifadələr var. Belə bir mövzuda söhbət etdik. Sadəcə olaraq Pərvizin yerində başqa adam olsaydı, bu qədər geniş vüsət almazdı məsələ. Pərviz də bunu qabartdı. Bizim efirdə 5 dəqiqə gecikmə olduğuna görə mən artıq rahat idim. Redaktorumuz da dedi ki, bunu kəsəcəyik. 

-Damla da açıqlama vermişdi ki , “ Mən əsəbiləşən zaman Zaur narahat olmamağımı dedi”.

-Damla da başa düşmüşdü. Həmin görüntüləri “Youtube”yə yerləşdirmişdilər. Sonra bunu edən işçini çıxartdılar, amma bizdən olmamışdı. Moskvada yaşayan xalamoğlu mənə zəng edib xəbər verdi. Həmin vaxt saat 8 idi və mən yatmışdım. Sonra o “Youtube”dən pozuldu, amma saxlayan saxlayıb hələ. Sonra arxivdən hər şeyi araşdırdılar. Çünki rəhbərlik bunun üstünə ciddi düşmüşdü. Məlum oldu ki, efirə getməyib.

-Amma “alan vurub” sözü trend oldu. Dildən düşmür.

-Mən Damla ilə Moskvaya gedirdim. Tədbirə dəvət olunmuşduq. Aeroporta girən kimi hamı bizə baxıb gülürdü. Hələ təzə vaxtlar idi. 

-Əks cinsin nümayəndələrinin də marağındasınız. Sevgi etiraflarının ardı-arası kəsilməz.

-İnstagram səhifəmə xanımlar çox yazırlar.

-Evli olduğunuzu bilə-bilə yazırlar?

-Bəzilərini oxuyuram, bəzilərinə vaxtım çatmır. Bir qız İrandan mənə çox yazmışdı. Mən də fikir verməmişəm. Mən kiminlə şəkil çəkdirmişəmsə, onlara birbaşa məktub yazıb. Yazır ki, mən Zaurun fanatıyam, Zaurla görüşdürə bilərsiniz məni? Bakıya gəlib dostuma yazıb. Dostum da mənə zəng etdi ki, gəl görüşək. 2-3 qız var səni çox istəyirlər, görüşmək istəyirlər səninlə. Gələndə gördüm ki, 2 qız bir də yanlarında bizim millətə oxşayan biri. Qaşlarından, gözlərindən iranlılara oxşayırdılar. Məni qucaqlayıb ağladı. Sonra məsələdən agah oldum ki, məni çox istəyirlərmiş. Çox olur belə. İndi də yazır ki, ”Zaur, Allah sənin 5/5-ni alt-üst etsin”. Deyirəm niyə, nə olub ki? Deyir, ”5/5 başlayandan sən mənə heç nə yazmırsan”. Əvvəl yazırdım, dostlaşmışdım. 5/5 başlayandan sonra çox şeydən uzaq oldum. 

-Uzun müddətdir ki, Zaur televiziya sahəsindədir. Daima aktualsınız. Bu aktuallığı qorumaq üçün nələr lazımdır?

-Mən 21 ildir ki, radiodayam. Radiodan televiziyaya keçəndə o vaxtlar çox tanınmırdım. Qorxdum ki, sevməzlər məni. Mənə elə gəlir ki, radio aparıcısı radioda qalmalıdır və televiziyaya çıxmamalıdır. Baxırdım ki, filankəs radiodan televiziyaya çıxdı çox sevilmədi. Bir az qorxu, tərəddüd hissi var idi ki, sevilməyəcəm. Bir addım atmaq lazım idi. “Ay Zaur” adına belə bir proqram etdik. Bütün müğənnilərin evində çəkdik. Hətta Zeynəb Xanlarovanın da evində çəkmişdik. 8 il bu veriliş efirə getdi. Ümumiyyətlə, Azərbaycanda bütün verilişlər 1-2 ildən sonra bağlanır. Amma bizdə 8 il reytinqini qorudu. Bundan sonra dedik ki, bütün müğənnilərin evində çəkmişik və bunun qabağını görmürəm. “5/5”-ə start verdik. Hər şey 5-in üstündə olsun. Veriliş saat 5-də idi, 5 qonaq çağırmalıydıq, amma mövzu ətrafında olmalı idi. Mən dedim ki, bu tutmayacaq. 6-7 ay getdi, amma heç ürəyimə yatmırdı. Aparıcı bir işdən ləzzət almırsa, qarşı tərəf də ləzzət almaz. Dedim ki, qoyun verilişi şou xarakterli edim, elə daha yaxşı olacaq. İnandılar və imkan verdilər. O vaxtdan artıq 4-cü ildir ki, “5/5” davam edir. Maşallah bu son illərdə reytinqlərdə yüksəkdəyik.

-Sizi çox qınayırlar ki, çox vaxt eyni müğənniləri efirə gətirirsiniz.

-Azərbaycanda tamaşaçının sevdiyi neçə müğənni ola bilər? Çox da deyil. Fırlanıb təkrar gəlirlər. Bəzi müğənnilər var ki, pulnan efirə gəlməlidir. Kassaya pul keçirəcək, efirə çıxacaq. Belə şeylər də var. Bəzən elə müğənnilər var ki, onlar reytinqə də kömək edir, onlardan şou yarada bilirik. Bir nəfər İnstagram səhfəsinə yazsın ki,” Zaurdan yoxdur”, hamı yazacaq “Zaurdan yoxdur”. Və yaxud biri yazacaq Zaur belə etdi, başlayacaq hamı onu yazmağa. Bizim tamaşaçılar küyə gedən millətdir. Sonra deyirəm bu mənim tamaşaçımdır? Necə yəni mənim tamaşaçım bu cür aqressiv olur? Buna fikir versəm, qabağada gedə bilmərəm, veriliş də apara bilmərəm.

-Öz verilişinizdən başqa sevərək izlədiyiniz, həsrətlə gözlədiyiniz veriliş var?

-O vaxt “5/5” olanda Mətanətin “Gündəlik” verilişini bəyənirdim. O veriliş yaxşı idi. Çox vaxt reytinqdə biz keçirdik önə, amma onun da qabağa keçdiyi günlər olurdu.


- Zaur bəy, üz-üzdən utanar deyirlər. Elə bir insan varmı ki, şou-biznesdə, məclisdə sizi görəndə utansın?

-Ad çəkməyəcəm, amma keçən il bəzi müğənnilərin sevgilisi mənə zəng edib deyirdi ki, niyə onunla bu cür davranırsan? Dedim mənim efirimə baxırsan? Bir az narazılıq düşmüşdü. O söhbətdən 3-4 ay sonra bir məclisdə görüşdük, utandı. Çox tanınmış bir adamdır. Həmin adamdan da ayrılıb. Bu şoudur, əyləncədir. Mən orda heç kəsi alçaltmıram, utandırmıram. 

-Gözlə görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?

-Gələcəyi. Həmişə fikirləşirəm ki, mən neçə yaşa qədər aparıcı olacam? Və o yaşda yenə sevilən, tanınan aparıcı olacam? Gələcəyi görmək istəyirəm, amma o mümkün deyil. 

-Nəyi balanslaşdırmaq çətindir sizin üçün?

-Müğənnilərlə olan münasibəti. 2 müğənni gəlib oturur, birinə bir az diqqət olanda baxıram ki, o birisi inciyir. 

-“Zaman” adlı gəmidə kapitan olsaydınız, gəmi tez batardı, yoxsa?

-Məndə idarəçilik yaxşıdır. Hansısa bir idarədə işləsəydim, hamının dərdini öyrənərdim.

-Həyatınızın kuliminasiya nöqtəsi hansı olub?

-Zeynəb Xanlarovanı efirə çağırmaq. Bir dənə Milli Televiziyaya gəlib. Başqa heç bir kanallarda olmayıb. Dedim ki, mən onu radioya çağırsam, daha istədiyim hər şeyi etmişəm. Zeynəb Xanlarovanı qonaq çağırandan sonra daha heç kimi qonaq çağırmadım. Zeynəb xanımla 2 saat oturub söhbət etdik. Ondan sonra onunla dostlaşdıq. Hətta belə bir söz də dedi ki, mənə zəng et, sən də mənim kimi bir adamsan. Sən də sözü üzə deyirsən. Sonra Xəzər TV-nin yeni il tədbiri oldu. O vaxtı o, Milli televiziyaya çıxardı. Bizim televiziyaya gəldi və 2 saat efirdə oldu. Mənim təşəbbüsümlə gəlmişdi. Hətta ona briliant üzük də taxdım.

-Dediyinizə görə, romantik biri deyilsiniz. Evdə yoldaşınız bunu sizdən tələb etmir? Özəl günləri yadda saxlayırsınız? Evlilik ildönümü və s.

-Evdə hamının ad gününü bilirəm. Keçən il evlilik ildönümünü yaddan çıxartmışdım. Başım işə çox qarışır ondan ola bilər. Hərdən deyirəm heç uşaqlar ilə doyunca oynaya da bilmirəm. Birinin 6 yaşı var, birinin 11. Deyirlər, papa sən lidersən? Bizə onu etmə, bunu etmə deyirsən. 

-Nəyi ovucunuzda bərk-bərk saxlayırsınız?

-Çalışmışam kı, başım aşağı olmasın. Canlı efirə çıxanın gərək eybi olmasın. Hər kəs bir evden oturur baxır. Bu elə, o elə deyirlər. Həmişə çalışmışam ki, arı, namusu, qeyrəti saxlayım. Heç bir məclisdə ayağımı ayağımın üstünə qoyub oturmamışam. O məclisdə yaşlı adam olar pis çıxar. Bəzən yazırlar ki, ”Zaur efirdə şitlik eləmə”. Baxıram ki, mən efirdə harada şitlik eləmişəm? Müğənnilərlə biraz dirəşib makiyajı sildirməyin nəyi şitlikdir?


- Elə bir hal olubmu ki, verlişdən sonra sizi “razborka”ya çağırsınlar?

-Televiziyada olub. Bir müğənni həyat yoldaşını göndərmişdi. Hətta yanında da 5-6 adam. Səbəb də o idi ki, Zaur niyə belə bir söz deyib. 

-Öz əlinizlə baltalandığınız məqamlar olub?

-Bəzən səhv addım atıram. Məndə kin yoxdur. Bu gün bir qardaşla dalaşım, səhər onunla heç nə olmamış kimi danışacam. 

-Atanın oğlu olmaq çətindir, yoxsa oğul atası?

-Həmişə mənə deyirdilər filankəsin oğlu Zaur. Keçən dəfə rayona gedəndə Zaurun atası filankəsdir dedilər. Onu eşidəndə çox pis oldum. Niyə elə deyirlər ki? Qoy, atam daha çox tanınsın. Niyə görə mənim adımı deyirlər, sonra atamın adını? İstəməzdim elə olsun, amma məcbursan.

-Aldığınız ən böyük hədiyyə nə olub?

-Bəzən müğənnilər deyir, bu 300-500 manatı qoy cibinə. Mən heç kimdən pul götürməmişəm. Mənim həmişə alnım açıq olub. Babam həmişə deyirdi ki, sənin səsin gur gəlir, qazını alacaqlar bir gün. 

- “Elçilik” fikri necə yarandı bəs?

-Layihəyə yeni rəhbər götürdük. Fariz Əliyev dedi ki, gəl belə bir şey edək. Ağlıma batdı. Sonra dedim Azərbaycan mentalitetində kimsə qoymaz ailəsinə girək, qızını çəkək. Dedi yaxşı olacaq, 1-2 verilişi qurma edək. Dedim yox, mənim qurma verilişlə aram yoxdu. Bir neçəsini çəkdik hamısında da qızı verdilər. Hamı deyirdi ki, bu qurmadır. Sonra elə bil göz dəydi. Getdik vermədilər, üstümüzə yabayla çıxdılar. 

-Bəs qorxmursunuz ki, hansısa bir ailə qızını sırf sizə görə versin? Çünki sonra bir problem olanda günahı sizdə olacaq.

-Bu, bir tərəfdən məsuliyyətli işdir. Bir növ zamin kimi dururuq. Gedəndə də deyirəm ki, əgər ürək, istək varsa, bu iş alınsın. Yoxsa, yox...

-Mənim ağlıma gəlməzdi ki...

-Mənim ağlıma gəlməzdi ki, camaat məndən bu qədər danışardı, məni instagram-da bu qədər müzakirə edərdi və ağlıma gəlməzdi ki, mən aparıcı olardım.


loading...