Ötən gün 5\5 verilişinin qonaqlarından biri ikinci dəfə ailəsi dağılan müğənni Rəvan Qarayev olub.
Xəbərçi.az bildirir ki, Rəvan ikinci dəfə boşanması haqda danışıb. O, bu mövzudakı peşmanlığını gizlətməyib:
"Atamın sözünə qulaq asmayanda həmişə yanılıram. Tək bu mövzuda deyil, ümumiyyətlə hər bir işdə atamın dediklərini edirəm. Həyatımın ən ağır zərbəsini ikinci dəfə ailəm dağılanda aldım. Bu elə mövzudur ki, kimisə günahlandırmaq olmaz. Deyək ki, günah məndədir.”
Qeyd edək ki, iki dəfə ailə quran müğənninin ailəsi dağılıb. Onun hər evliliyindən bir qızı var.