Tanınmış vəkildən Anar Nağılbazla bağlı AÇIQLAMA

Tanınmış vəkildən Anar Nağılbazla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə və saytlarda məşhur reper Anar Nağılbazın porno videosu yayılıb.

Xəbərçi.az oxu.az-a istinadən məlumat verir ki, ifaçı ötən gün mətbuat konfransı təşkil edib və həmin görüntülərin montaj işi olduğunu söyləyərək ağlamağa başlayıb.

Bəs şəxsi həyata müdaxilə cinayət məsuliyyəti yaradırmı?

Tanınmış vəkil Ceyhun Yusifov konstitusiyaya əsasən, şəxsi həyata müdaxilənin yolverilməz olduğunu söyləyib:

"Bu, konstitutsiyaya edilən sonuncu dəyişikliyə əsasən, şəxsi həyata müdaxilə kimi qeyd olunur və yolverilməzdir. Həmin videonun yayılması həqiqət və yalan olmasından asılı olmayaraq hüquqi məsulliyyət yaradır və konkret olaraq həmin əməl cinayət məcəlləsinin təsiri altına düşür. Əgər görüntülər həqiqətdirsə, bu, şəxsi həyata müdaxilədir. Yalan, şər-böhtandırsa burada cinayət məsulliyyətini yaradan amillər mövcuddur. Sözügedən videonu mətbuatın o formada yayması "Kütləvi informasiya vasitələri haqqında" Qanunun tələblərinə zidddir. Həmin görüntüləri yayan şəxslər 2 il azadlıqdan məhrumetmə cəzası cəzalandırıla bilərlər".


loading...