Rəqqasə və aktrisa Oksana Rəsulova bu gün ARB TV-də yayımlanan "Səhər-Səhər" verilişinin qonağı olub.
Xəbərçi.az bildirir ki, rəqqasə keçmiş həyat yoldaşı reper Elşad Xose ilə münasibətlərinə aydınlıq gətirib.
Oksana aparıcı Elgizin "sizin indi Elşadla münasibətləriniz hansı səviyyədədir?" sualına belə cavab verib:
"Burada gizlədəcək bir şey yoxdur. Biz tanınmış simalarıq və bu məsələ insanlara çox maraqlıdır. Eşadla bağlı bir şey deyəcəm, şəxsi münasibətlə bağlı heç vaxt söz açmamışam, nə də kiminsə dalınca danışmamışam və danışmayacam da. Biz artıq 6-cı ildir ki, boşanmışıq və bizim əlaqəmiz bitib. Sənət barədə hardasa dəstək olmuşam. Mənim öz yolum var, onun da tamamilə başqa, öz yolu var. Film çəkilib, dəvət etmişəm. Təbii ki, qonorarını da alıb, havayı çəkilməyib. Ondan sonra bir neçə proyektlər olub ki, mən ona dəstək olmuşam. Biz düşmən deyilik, amma çox insanlar elə bilirlər ki, biz bir yerdəyik və sevgi yaşayırıq. Bu, tamamilə belə deyil. O, son 6 ildir ki, yoxdur".