Anar Nağılbaz göz yaşlarını saxlaya bilmədi: “Bu barədə danışmaq istəmirəm” - VİDEO

Anar Nağılbaz göz yaşlarını saxlaya bilmədi: “Bu barədə danışmaq istəmirəm” - VİDEO

Son zamanlar gündəmdən düşməyən reper Anar Nağılbaz  ARB TV-nin "Günə son" verilişinin qonağı olub.

Xəbərçi.az bildirir ki, reper övladları ilə birgə efirə qatılıb. Aparıcının "ana deyir ki, ata sizinlə görüşmür, sizə baxmır" sualına reperin oğlu Tamerlan "atam bizə hər gün nəsə alır, anamı da çox istəyirəm" cavabını verib.

A. Nağılbaz  "ola bilər ki, yenidən bir ailə olasız?" sualına isə "mümkün deyil, mənim sevdiyim xanım var, uşaqlarımı da qəbul edib" deyərək kövrəlib və göz yaşlarını saxlaya bilməyib. 

Qeyd edək ki, bir müddət əvvəl reperin həyat yoldaşı Anjelika Anarın övladlarına baxmadığını bildirmişdi. Proqramın irəliləyən dəqiqələrində reperin həyat yoldaşı telefonla efirə bağlanaraq uşaqlara edilən köməyin Anarın yox, məhz qayınatası tərəfindən edildiyini bildirib.


loading...