“Kişi qızıdırsa, sübut etsin ki, Pərvin filan kişi ilə 1000 manata görüşüb, sübut etsə, özüm ondan ...” - Pərvin nöqtəni qoydu

“Kişi qızıdırsa, sübut etsin ki, Pərvin filan kişi ilə 1000 manata görüşüb, sübut etsə, özüm ondan ...” - Pərvin nöqtəni qoydu

Tanınmış aktrisa Pərvin Abıyeva nöqtəni qoyub.  

Xəbərçi.az-a müsahibə verən aktrisa söz verib ki, daha bu haqqda danışmayacaq. Baş verənləri hüquqi şəkildə həll edəcəyini bildirən aktrisa hər şeyə aydınlıq gətirib:

- Bir neçə gündür gündəmi zəbt etmisən. Türkiyədə verdiyin müsahibə başına bəla oldu. Pərvin həqiqətənmi, Azərbaycan kişilərini təhqir edib? Bəlkə bir az dilimiz fərqlidir deyə  fikirlərin təhrif olunub və ya anlaşılmazlıq olub?

- Məncə, bizim dil bir qədər fərqli olduğu üçün orada müəyyən mənada yalnışlıq var. Bəlkə mən tam olaraq nə demək istədiyimi başa sala bilməmişəm, bəlkə də onlar düzgün anlaya bilməyiblər. Əslində, mən “türk kişiləri Azərbaycan kişilərindən yaxşıdır” deyə bir cümlə işlətməmişəm. Düzdür, mənə sual verildi ki, Azərbaycan  film sahəsində Türkiyədən nəyi ilə fərqlənir və bu zaman mən də  dedim ki, Azərbaycan film sahəsində Türkiyədən 20-30 il geridədir. Ölkəmiz gündən-günə müasirləşsə, gözəlləşsə də,  bəzi insanlarımız hələ də müasirləşməyib, xüsusilə də, kişilərimizin bir çoxu köhnə fikirlidirlər. Sonrakı sual isə Rafet El Romanla bağlı oldu. Sual verildi ki, aranızda nəsə sevgi münasibəti varmı və ya Rafetin sizə qarşı bir marağı ola bilərmi... Bu zaman cavab verdim ki, bəlkə də, onun mənə qarşı nəsə fikri ola bilər.  Çünki o, çox romantik, zərif insandır. Lakin mən ona qarşı heç nə hiss etməmişəm, aramızda da heçnə yoxdur. Bizi birləşdirən sadəcə işdir. Ya bunu başa düşməyiblər, ya da suallar qarışıb, hər iki cavabım yan-yana yazılıb. İnanın o qədər olub ki, mən başqa ölkələrdə səyahətdə olanda ölkəmiz haqqında nəsə deyiblər xoşuma gəlməyib, dalaşmağa başlamışam. Mən ölkəmi heç kimin ayağına vermərəm, verməmişəm də ... Sadəcə insanlar anlamadan, dinləmədən mühakimə etməyi sevirlər.

- Sosial şəbəkədə yazılan şərhlər bəlkə də insanı intihara sürükləyər. Oxuyursanmı o şərhləri ? 

- Əfruzə, çalışdığım qədər oxumamağa çalışsam da, bəzən alınmır. Bütün günü əsəb, stress keçirirəm. Halbuki, mən hansısa türk kişisini Azərbaycan kişisindən əsla və əsla üstün tutmamışdım. Amma yazılan şərhlər, söyüşlər və təhqirlər göstərdi ki, doğurdan da, bizim kişilər bəzən çox kobud və keçmiş fikirli olurlar.  Təbii ki, şərhlərdə məni dəstəkləyənlər də oldu. Onlara minnətdaram. Gözləmədiyim həm kişilərdən, həm də qadınlardan dəstək gördüm, sevgi gördüm ... Düzü bir az kövrəldim. Elə kişilərimiz var idi ki, mənə yazırdılar ki, Pərvin xanım, biz sizi tanıyırıq, sevirik, bilirik siz elə söz deməzsiniz. Ən azından onlar kübarlıq, alicənablıq, bir sözlə kişiyə yaraşan kimi davrandılar. Söyüş  söyən insanları isə qanun qarşısında cəzalandırmaq çox asan bir şeydir. Fikirləşirlər ki, “hardan tapacaq məni”. Amma elə deyil. İstəsəm həmin insanları anındaca tapmaq mümkündür.  

- Məşhurlardan da bəziləri sənə dəstək oldu ...

- Hə Nura Suri, Kərim Abbasov ... Nura düzgün fikirli qadındı, mərddi. Kərim də çox sağ olsun.   

- Üzərinə sanki çox gəlirlər. Səbəb nədir?

- Bəlkə də, səbəb odur ki, gözə gəlimliyəm, hərşeyimlə daha tez cəlb edirəm. Sözün düzü, bu sualı özüm də çox fikirləşirəm, lakin cavabını tapa bilmirəm. Bu insanlar məndən nə istəyir ... Amma “Tarqovu”ya nəzər salsaz, görərsiniz ki, əksər qızlar Pərvindən daha betər geyinir. Niyə onları söymürsünüz, niyə ancaq Pərvin girir gözə?!  

- Səni qadınlardan da qınayanlar çox oldu. Onlara sözün nədir ?

- Tunayı (Tunay Əliyeva) nəzərdə tutursunuzsa,  onun bu mövqeyini hələ də başa düşməmişəm. Bu insan niyə dayandığı yerdə mənə o söyüşü söydü, niyə o təhqirləri etdi, vallah bilmirəm. Aramızda heç bir problem yoxdur, mən o xanımla həyatda üz-üzə belə gəlməmişəm.   

- Bəzən olur ki, məşhurlar həyat yoldaşı, sevgili problemlərinə görə dalaşırlar. Bəlkə, sizin aranızda da bu cür problemlər olub?

- Mən ”adnalub” (bir dəfə sevən) insanam. Mənim həyatımda bir insan varsa, ayrılan günə qədər də həmin insan olacaq. Heç vaxt nə evli kişilərlə, nə sevgilisi olan kişilərlə münasibətim olmayıb. Oğul, qız istəyirəm çıxıb desin ki, Pərvin evli kişiylə görüşüb, Pərvin mənim sevgilimi əlimdən alıb. Amma sübutla çıxsın. Bu qeyri-mümkündür. Mən özümə çox şeyi qadağa edən insanam.  Mənim o xanımla elə bir problemim həyatı boyu ola bilməz. Bəlkə sənətdə ola bilər, onun rolunu mənə veriblər, oynamışam, xəbərim olmayıb. Fikirləşirəm, hələ də dəqiqliyi ilə anlaya bilmirəm.   

- Tunayla bu barədə danışmağa cəhd etdinmi? Bəlkə səbəbini soruşardın...

- Əgər o mənə yumşaq tərzdə söz atsaydı, desəydi ki, Pərvini bir aktrisa kimi qəbul eləmirəm, deyərdim ki, bu onun şəxsi fikridir, məni hamı sevəsi deyil ki... Amma “Pərvin deyəndə ağlıma 1000 manat gəlir” cümləsindən sonra mən onunla niyə danışmalıyam və nə danışmalıyam axı? Siz də bilirsiniz ki, ilk dəfə o sözü deyəndə, mən ona cavab qaytarmadım, ikinci dəfə cavab verdim, çünki artıq ağını çıxartdı. Sən, Tunay Əliyeva,  “Azərbaycan kişiləri dünyanın  ən şərəfsiz, tərbiyəsiz kişiləridir” deyən özünsən. İndi kişiləri müdafiə edirsən?  Niyə? Söhbətdə Pərvin var deyə? Düşmənçiliyin nədir mənimlə? Bir dəfə ortaya çıx, yaz, zəng vur, de ki, Pərvin, mənim səninlə problemim budur, həll eləmək istəyirəm, filan yerə gəl. Bunu niyə saytlar üzərindən edirsən? Deməli, sənə reytinq lazımdır.  

- Tunay səninlə görüşmək istəsə  gedərdin?

- Əlbəttə gedərdim, mən özüm də onunla üzbəüz söhbət etmək istərdim. Deyərdim ki, sənin dərdin nədir, de görüm nə istəyirsən. Kişi qızısan zəng elə de ki, Pərvin belədir, elədir... Mən də cavabını verim də ...  

- Artıq məhkəmədə üz-üzə gələcəyik dedin ...

- Bəli, məhkəmənin olmağı mütləqdir. Nə vaxta kimi, o, məni təhqir edəcək, mən də susacam?  Deyir ki, Pərvin 1000 manatlıqdır. Çıxsın, sübut eləsin. Desin ki, sən bu ad, bu soyadda filan kişiylə, 1000 manata görüşmüsən. Sübut edə bilsə ki, Pərvin filankəslə 1000 manata görüşüb, özüm şəxsən ondan üzr istəyəcəm. Kişi qızıdırsa, çıxsın açıqlasın, vəssalam. Yoxsa onu məhkəməyə verəcəm, sona kimi də gedəcəm.

 


loading...