Pərvinin ən yaxın aktrisa rəfiqəsi mübarizəyə qoşuldu: "Onu təkləmək lazım deyil"

Pərvinin ən yaxın aktrisa rəfiqəsi mübarizəyə qoşuldu: "Onu təkləmək lazım deyil"

Tanınmış aktrisa Pərvin Abıyevaya dəstək olanlardan biri də  ən yaxın rəfiqəsi model, aktrisa Nara Jasmin olub. Xəbərçi.az bildirir ki, Nara Jasmin Pərvin Abıyevanı müdfiə edib və rəfiqəsinin əsla və əsla Azərbaycan bəylərini təhqir etməsinə inanmadığını bildirib:

"Mən inanmıram ki, Pərvin Azərbaycan kişisini alçaldan hər hansısa ifadə işlətsin. Çünki özü də azərbaycanlıdır, özünün də atası, qardaşı, ailəsi azərbaycanlıdır. Azərbaycanlı biri necə ola bilər ki, öz ölkəsini təhqir edib alçaltsın. Bu sadəcə Pərvinə qarşı qara piardır. Pərvin necə mərd xanımdır, necə insandır, necə dostdur mən bilirəm. Ona görə də onu təkləmək lazım deyil. İnsanları dinləyin, nə dediklərini anlayın, dərindən öyrənin sonra mühakimə edin".


loading...