Niyam Salami: "Hansı arvad məni saxlayar ki, gecə 4-də, 5-də ..." - VİDEO

Niyam Salami: "Hansı arvad məni saxlayar ki, gecə 4-də, 5-də ..." - VİDEO

"ARB Ulduz"un "Virtual həyat" verilişinin bu dəfəki qonağı müğənni Niyam Salami olub.  

Xəbərçi.az bildirir ki ifaçı maraqlı açıqlamalar verib.  

O, evlənmək üçün əsl sevgini tapacağı günü gözlədiyini bildirib:   

"Sevgi, məhəbbət elə bir hissdir ki, qrip necə ki, gəlib səni yaxalayır, sevgi də yoluxucu xəstəlik kimi gəlib səni tutmalıdır. Gözləyirəm ki, o sevgi, o xəstəlik nə zaman gəlib məni tutacaq. O məqam gəlməlidir ki, mən evlənim. Yoxsa durduğum yerdə deyim ki, mən evlənirəm, bu, mənasız olar. Gecə saat 4-də, 5-də mən yuxudan oyanıb çığırıram, mahnılar oxuyuram. Hansı arvad məni saxlayar ki, gecə 4-də, 5-də durub "ulayıram””.  

Niyam arvadına baxıcı kimi yanaşmayacağını, sırf ona baxan olsun deyə evlənməyəcəyini də vurğulayıb:   

"Mənə baxsın deyə, evlənmək, arvad almaq istəmirəm. Ailə qurmaq o demək deyil ki, mənim baxanım olsun. Arvad bəyəm mənim üçün xəstəxanada baxıcıdır ki, xəstələnəsəm, mənə baxsın?”.  

Qeyd edək ki, Niyam Salami ilə olan geniş reportajı bu bazar saat 13-də "Şou məkan” verilişində izləyə bilərsiniz.


loading...