Nura Pərvini söyənlərin cavabını verdi: "Gedin müalicə olunun və ..."

Nura Pərvini söyənlərin cavabını verdi: "Gedin müalicə olunun və ..."

Müğənni Nura Suri aktrisa Pərvin Abıyevanın müdafiəsinə qalxıb. Xəbərçi.az bildirir ki, ifaçı akrisanı yaxından tanımadığını bildirsə də, öz dəstəyini əsirgəməyib. Pərbin Abıyevanı təhqir edib, söyənləri "paxıl" adlandıran Nura Surinin fikirlərini təqdim edirik:

"Pərvin Abıyeva ilə yaxından tanış deyilik. Bircə onu dəqiq deye bilərəm ki, bu qız çoxuna varlığı ilə rahatlıq vermir. Onun yaxşı ya pis insan olmağı başqalarını niyə narahat edir? Gözəl olmaq günahdır? Siz onu söydükcə , o kifirləşəcək ki? Gedin müalicə olunun, əsəblərinizə hakim olun, özünüzü sevin. Ağzınızdan çıxanlara diqqət edin, utanın".

Xatırladaq ki, Pərvin Abıyevanın türkiyəli müğənni Rafet El Romanla bağlı sualı cavablandırarkən azərbaycanlı kişiləri "kobud” və "köhnəfikirli” adlandırması sözügedən qalmaqala səbəb olub.


loading...