Aktrisa Tunay Əliyevanın tanınmış aktrisa Pərvin Abıyeva haqqında dediyi "Azərbaycan kişiləri Pərvinə "Porsche” alanda, axırı da belə olmalı idi” sözləri cavabsız qalmadı.
Xəbərçi.az bildirir ki, P. Abıyeva özündən çıxaraq Tunay Əliyevanın ünvanına sərt sözlər ismarlayıb:
"Şərəfsiz, sən kimə 500-1000 manatlıq qadın deyirsən?! Mənim ətrafımda tanıdıqlarımın çoxu səninlə, nəinki, 500-ə, elə 300-ə görüşüblər! Maşınla adam vurub Türkiyəyə qaçıb elə orda pula görüşürsən! Üstəlik türk serialının birində ("Cəsur Ürək") kazinoda baş rola bir gecəlik hədiyyə olunan fahişə kimi oynayırsan, gəlib burada aktrisalıqdan danışırsan?! Mən Türkiyəyə 2 günlük getdim, filmimi təqdim edib gəldim. Sənin kimi otelləri gəzmirəm! "Porsche"m bir çoxları kimi sənin də gözünə girirsə, qoy elə qalsın orada! Bəsdir, özünü mənimlə reklam etdin! Azərbaycan kişisinin birini maşınla vurub öldürən də sən idin, hal-hazırda Azərbaycan kişilərinin adını batırıb Türkiyədə türklərlə görüşən də sənsən! Oturub gözləyirsən ki, Pərvinlə bağlı bir qalmaqal olsun, mən də özümü bir az reklam eləyib yada düşüm. Qurtar daha bu biabırçılıqları. Kişi qədri bilən olub mənim üçün!".
Xatırladaq ki, Pərvin Abıyevanın türkiyəli müğənni Rafet El Romanla bağlı sualı cavablandırarkən azərbaycanlı kişiləri "kobud” və "köhnəfikirli” adlandırması sözügedən qalmaqala səbəb olub. Amma aktrisalar arasında qalmaqalın başlanğıcı Tunay Əliyevanın bir neçə ay əvvəl Pərvin Abıyevanı 500-1000 manatlıq adlandırması olub.