Pərvin gözünü yumub ağzını açdı: "Aktrisa, aparıcı, müğənni oldun, deməli, fahişəsən"

Pərvin gözünü yumub ağzını açdı: "Aktrisa, aparıcı, müğənni oldun, deməli, fahişəsən"

Tanınmış aktrisa Pərvin Abıyeva "türk kişiləri romantik, səmimidirlər. Azərbaycan kişiləri kimi deyillər. Azərbaycan kişiləri kobud, bir az da köhnə fikirlidirlər. Türk kişiləri kimi romantik deyillər" fikrinə görə sosial şəbəkədə tənqid və söyüşlərlə qarşılaşıb. 

Xəbərçi.az bildirir ki, aktrisa bu təhqirlərə göz yummayıb və həmin insanlara belə cavab verib:

"Yenə Pərvin daş oldu, düşdü çoxlarının başına! Yenə biri Pərvinə söz atdı reytinq qazandı. Pərvindən yazdılar, səhifələr reytinqdən partladı. Bezmədiniz mənim üzərimdən piar qazanmaqdan? Nə vaxtdan "bizim kişilərimiz romantik deyil və bir az da köhnə fikirlidir" sözü təhqir olub? Biri çıxsın desin ki, bu təhqirdir. Düz deyirəm də, ölkəmiz nə qədər müasirləşsə, gözəlləşsə də düşüncə tərzimiz hələ də köhnədir. Aktrisa, aparıcı ya da müğənni oldunsa, fahişəsən! Biz öz həyatımızı yaşaya bilmirik, ancaq başqalarının həyatına müdaxilə edirik. Ancaq başqalarını qınayırıq. Köhnə fikirli olmaq təhqir deyil, belə insanlar hər birimizin ailəsində var. Söyüşlərinizi özünüzə saxlayın, mən heç kimin alqışıyla doğulmamışam ki, qarğışı ya da söyüşüylə gedəm. Biz müasirləşə bilmirik! Demişəm və sözümün üstündə də dururam!".


loading...