Kənan MM: "Fədayə xanım cəza alacaq ... "

Kənan MM: "Fədayə xanım cəza alacaq ... "

Rejissor və aktyor Kənan Mamudov (Kənan MM) bir müddət əvvəl həbs olunan Fədayə Laçın barədə danışdı.

Xəbərçi.az bildirir ki, rejissor şəxsi instagram hesabında paylaşım edərək F. Laçın barədə yazılan xəbərlərdə onu qınayıb ələ salanlara öz iradını bildirdib:

"Danışacam yenə olacam pis adam. Həyatda bəzi hadisələr var ki, münasibət bildirmədən olmur. Son neçə gündür ki, Azərbaycan jurnalistikası susmur. Hər şeyi başa düşürəm, amma qınaq və ələ salmaq məqsədiylə yazılan xəbər başlıqlarını qəbul eləmək olmur. Heç kim sabahından xəbərdar deyil, heç kim 4 divardan sığortalı deyil.. Heç kimə sevgi məsələsində qadağa qoymaq olmaz.. Ürək elə bir mexanizmdir ki, heç bir əmrə tabe olmur.. Kimi sevib, kimə könül verib özü bilər, savabı da, günahı da özünündür. İnsanların özəl hisslərinə bu qıdır burun soxmağa heç kimin haqqı yoxdur. Yaxılan qanuna görə Fədayə xanım cəza alacaq, amma yazılmayan qanuna görə ,o, sevgisinin qurbanı və sevgi anlayışı olan insanların qəhrəmanıdır. Bıs elə xəbər başlığı yazanlarda bu xanımda olan ürəkdən varmı? Uzaqsan qınamağa nə var ki?

Allah dünyasını dəyişənə rəhmət, Fədayə xanıma isə səbr versin. Allah cəmi dustaqların qapısını açsın. Və unutmayın, bu xanımın adı Fədayədir, fəda etdi özünü... "


loading...