Ötən gün "Xəzər" telekanalında "5/5" verilişinin qonaqları Təranə-Musa cütlüyü olub.
Xəbərçi.az məlumat verir ki, verilişin aparıcısı Zaur Kamal cütlüyə bir neçə sual ünvanlayıb.
Aparıcı ilə Musa-Təranə cütlüyününü dialoqunu təqdim edirik:
Təranə Musanı məşhur edib, yoxsa Musa Təranəni?
- Mən Təranə Qumralam, elə Təranə Qumral da qalacam. İkimiz də bir-birimizi məşhur eləmişik. Musa mənnən tanınıb.
Bu məqamda Musa söhbətə müdaxilə edib: "Qoy mən onu açıqlayım da. Mən 1987-ci ildən müğənni kimi fəaliyyətə başlayanda Təranə onda heç sənətdə yox idi. 1997-ci ilə kimi tək oxumuşam. Təranə məni məcbur edib, albom çıxartdırdı. Mən onda içirdim, heç yadıma albom düşmürdü.
Olubmu zəng edib, birinizi toya istəyiblər?
Təranə: Çox olub. Məni istəyiblər, Musanı istəməyiblər. Mən onda demişəm ki, Musasız toya getmirəm. Bir müğənni var idi, bir dəfə zəng etdi ki "Musaya gəl gedək Astaraya toya, amma Təranə bilməsin. Sən bir maşında gəl, mən bir maşında".
Musa müəllim, Təranə desə ki, "Mənə görə başını keçəllə, ol daz", edərsiniz?
- O istəsə, mən indi bu dəqiqə qırxdıraram, Zaur. Təranə kimi istəsə, Allaha and olsun onu məhv edərəm, bu dəqiqə öldürərəm.
Musa desə, "Təranə, oxumağın daşın at" atarsanmı?
- Bəli, oxumaram! Musa mənim etiketimdir.
Aranızda kimin razılığı olmasa, boşanma məsələsi alına bilməz?
Təranə: Musa o qədər qısqancdır ki, boşanar heç gör. Boşanmır e..., boşanmır. Musa məndən boşana bilməz.
(milli.az)