
Lənkəranda yerləşən "Palmalife" istirahət mərkəzində maraqlı anlar yaşanıb. Xəbərçi.az bildirir ki, Damlanın konserti zamanı səhnəyə çıxan bir gənc qeyri-adi hərəkətlər edib. O ilk növbədə əli ilə tətiyi çəkib, ardınca isə özünü hovuza atıb. Gənc qeyd edib ki, Damla gəlin onu sudan çıxarsın, mühafizəçilərin xəbərdarlığından sonra isə o özü sudan çıxıb. Xatırladaq ki, "Palmalife" İstirahət Mərkəzi məşhur biznesmən Mübariz Mənsimova aiddir.