Könül Xasıyevaya Serdar Ortaçdan dəstək

Könül Xasıyevaya Serdar Ortaçdan dəstək

Türkiyəli müğənni Sərdar Ortaç xalq artisti Könül Xasıyevaya dəstək olub.

Xəbərçi.az məlumat verir ki, Sərdar uzun müddətdir onurğa iflicindən əziyyət çəkən xanəndəylə bağlı şəxsi instaqram hesabında paylaşımlar edib.

O, K.Xasıyevanın videolarına “Allah Könül xanıma şəfa versin. Azərbaycanın böyük sənətçisi” şərhini yazıb.

Qeyd edək ki, S.Ortaç xalq artisti Könül Xasıyevanın repertuarından olan muğamlardan birini səsləndirməklə ona dəstək olacaq.

Bu barədə təşkilatçı Nahid Emiloğlu sosial media hesabında məlumat verib.

 


loading...