Vasif Məhərrəmli: "Qızım kəkil çıxartmağa doğru gedir"

Vasif Məhərrəmli: "Qızım kəkil çıxartmağa doğru gedir"

Əməkdar artist Vasif Məhərrəmli qızı Əfşana qadağa qoyub.

Xəbərçi.az bildirir ki, bundan sonra ifaçının qızını efirlərdə görməyəcəksiniz.  "Show time" verilişində qonaq olan V.Məhərrəmli bu barədə özü məlumat verib.

""Qız ki, kəkil çıxartdı ..." Yəqin ki, kinoda Rüstəm dayının bu ifadəsi çoxlarının yadındadır. Qızım da bu kəkili çıxartmağa doğru gedir. Artıq ona efirdə görünmək, bədii gimnastika paltarı geyinmək olmaz. Özünü narahat hiss edər. Cavan ailənin ekranda görsənməyi önəmli deyil. Arif Babayevin ailəsi ekranda görsənsə, bu böyük şərəfdir. Onun ailəsinə hamı böyük maraqla baxacaq. Amma sən cavan arvadını niyə ora çıxarırsan? Bəlkə səhv deyirəm?".


loading...