Müğənni Könül Kərimovanın qızı Ləmanın xına mərasimi olub.
Xəbərçi.az axşam.az-a istinadən bildirir ki, məclis şəhər restoranlarından birində baş tutub. Mərasimi rəqqasə Fatimə Fətəliyeva idarə edib.
Gecənin qonaqları arasında şou-biznes nümayəndələri də yer alıblar.
Qeyd edək ki, Ləman Orxan adlı gənclə ailə qurur. Cütlüyün toyu noyabrın 26-da olacaq.