Reper Anar Nağılbaz həyat yoldaşından ayrılıb.
Xəbərçi.az bildirir ki, iki uşaq atası olan ifaçı bu haqda "Xəzər maqazin"ə açıqlamasında deyib:
“Hər kəsin başına gələ bilər. Ailə dəyərləri mənim üçün önəmlidir. Amma bəzən insanın özündən asılı olmur. Məndə də bu cür oldu...”.
Nağılbaz öz aşıqlamasında təzədən evlənəcəyini və yeni mahnısını həmin xanıma həsr etdiyini də vurğulayıb.
“Şəxsi həyatımla bağlı daha bir açıqlama verim. Evlənməyə hazırlaşıram. Yaxınlarda toyum gözlənilir. İşlər başlayıb, yaxşı olacaq. “Aytən”ə mahnı da yazmışam. Bu mənim istədiyim yarımdır. Həyatımda yeni dönüş olacaq. Çünki qəlbimdə artıq sevgi var".