Müğənni Səidə Sultan "ATV maqazin onlarla" verilişinin "Hit parad" rubrikasının qonağı olub.
Xəbərçi.az məlumat verir ki, sənətçi onluqda olan müğənniləri bir-birinə qatıb. Belə ki, sıralamaya başlayan ifaçı ilk olaraq bəstəkar Faiq Sücəddinovun onluqda olan iki mahnısını ən sonuncu yerlərə laiq görüb.
O, Sevda Yahyayevaya söz ataraq "Sən ola ola" mahnısını 10-cu yerdə qərarlaşdırıb:
"Bir-birimizə qarşı mənfi fikirdə idik, zəhləmiz gedirdi, sevmirdik. Sevda sakit bir insandır. Amma sakit insanın da "saman altı su yeritmək" söhbəti var. Mahnısını sevmədim, saatlarla qulaq asa bilmərəm. Faiq Sücəddinov, (red: mahnının bəstəkarı) axır vaxtla şou-biznesdə hamıya mahnılar verir. Bəs mən?"
Səidə daha sonra xalq artisti Zülfiyyə Xanbabayevanın sonuncu "Etiraf" mahnısını bəyənmədiyini bildirib:"Deyəsən, bu da Faiq müəllimin bəstəsidir. O, öz sözünü demiş insandır. Bəlkə bu aralar mənim zövqüm dəyişib. Ola bilər ki, Faiq Sücəddinovu başa düşə bilmirəm. Mahnı var ki, qulaq asırsan, ürəyinin telini qıdıqlayır. Qıdıqlamadı, nə edim? Zülfiyyə xanım, belə şeyə görə məndən inciyəcəksiz? İnciməyin, küsməyin. Mənim gələn dəfə çıxan klipimi ən axırıncı sıraya qoyarsın".
Səidə Sultan Əməkdar artist Röya Ayxanın “Səndən başqa” mahnısını da bəyənmədiyini söyləyib:
“Biz rəfiqə deyilik, dost olmamışıq. Bir-birimizə həmişə böyük hörmətimiz var. Röyaya deyəndə ki, mahnın xoşuma gəlmir, xətrinə dəyir. Qıdıqlamadı da... neyləyim ki?”
Sonda isə S.Sultan Mananı onluqdan uzaqlaşdırıb:
"Manana, bacı, istəyirsən məndən küs. Bu ifanı sənə yaraşdırmıram. “Baby-face” olan biri oxusaydı, ona yaraşardı. Nə vaxtdır ki, Manana xanım da hit oxumur. “Bacıcan, bağışla”.